QUBADA "SABANTUY BAYRAMI" QEYD OLUNUB
Baxış sayı: 637
Tatarların yaz işləri ilə bağlı bayramlarının ən böyüyü Sabantuydur. Tatar dilindən tərcümədə Saban – səpin, Tuy isə - Toy mənsını verir. Bu bayram yazdakı səpin ilə bağlıdır. Müasir dövrdə tatarlar bu bayramı yaz şumu çıxarıldıqdan və torpaq əkin üçün hazırlandıqdan sonra keçirirlər. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram sonralar şəhərlərə də yayılmış və təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Pandemiya səbəbindən son 3 ildir bu bayram keçirilməsə də, bu il bölgələr üzrə ilk dəfə iyunun 19-unda Qubada təntənəli şəkildə qeyd olundu.
Qəçrəş kəndində təşkil olunan Sabantuy bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edildi. Bununla yanaşı, tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ilə çıxış etdilər. Onu da qeyd edək ki, Azərbaycanda 25 mindən artıq tatar yaşıyır.