QUBADA RAYON RƏHBƏRİ SAKINLƏRLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsinin Yuxarı Digah kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Qəbulda rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şuranın sədri, eləcə də rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını ifadə ediblər. Qəbuldan əvvəl Rayon rəhbəri müvafiq şəxslərlə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Cəlal Mustafayevin Yuxarı Digah kənd tam orta məktəbinin önündə qoyulan büstünü və Şəhidlər xatirə guşəsini ziyarət edib, önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.