QUBADA QAZİNİN TOY MƏCLİSİ KEÇİRİLİB
Baxış sayı: 545
Quba rayonunda Vətən müharibəsinin qəhrəman döyüşcüsü, qazi Elmin Abdullayevin toy mərasimi keçirilib. Mərasimdən əvvəl bəy və gəlin Dağlı kəndində Vətən müharibəsi şəhidi Xudayev Yaşar Əli oğlunun xatirəsinə inşa edilmiş bulağı ziyarət etdilər. Qəhrəman qazimizin toyunda onun yaxınları, ailə üzvləri ilə bərabər, Quba Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının rəsmiləri, rayon Ağsaqqallar Şurasının sədri,şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Quba rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini Taryel İbrahimov mərasimdə çıxış edərək, qazimizi şad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. T aryel İbrahimov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Onlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritlərindən olduğunu vurğulayıb. Mərasim iştirakçıları yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti arzulayıblar.