Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına
yaraşan tərzdə qeyd edilməli, əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalı, təziyə məclislərində uşaqların iştirakına yol verilməməlidir. Məhərrəmlik ayında baş tutan dini mərasimlər zamanı zəncirvurma, başyarma, qançıxarma kimi adətlərin İslamla heç bir əlaqəsinin olmaması, dini-əxlaqi dəyərlərlə ziddiyyət təşkil etməsi önə çəkilir, bütün ölkə dindarları bu cür zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərində aktiv iştirak edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışı ilə qanvermə aksiyalarının keçirilməsinə başlanıldı. Bu gün Mərkəzi qan bankının Quba bölməsində də Talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələr üçün qan vermə aksiyası keçirilib. Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Qanvermə aksiyasında müxtəlif qrum və təşkilatların nümayəndələri eləcədə rayon sakinləri könüllü olaraq iştirak ediblər. Talassemiya, hemofiliya və digər xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə aksiyada iştirak edənlər qeydiyyatdan və yoxlanışdan keçdikdən sonra aksiyada iştirak ediblər. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirərək, digər şəxsləri də bu aksiyada fəal iştirak etməyə səsləyiblər. Mərkəzi qan bankının Quba bölməsinin rəhbəri Gülnaz Səfərova qeyd etdiki ,qan vermək qan verən şəxs üçündə xeyirlidir, qan dövranı təzələnir,sümük iliyi yeni qan yaradır. Qeyd edək ki, səhər saatlarından başlayan aksiya axsam 18-ə kimi davam edəcək.
{youtube}BaTDKIrpijA{/youtube}