QUBADA QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Qubada Səhiyyə Nazırliyi və Qafqaz Müsəlmanlar İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirildi. Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb.

Xüsusi tibb briqadasının həkim hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.  Hər il olduğu kimi, bu il də Məhərrəm ayının onuncu günü – Aşura günündə Səhiyyə Nazırliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyası keçirilir. Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır və daha sonra iştirakçılardan qan alınır.

Quba  rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Sərvərov bildirib ki, aksiyada toplanan qanlar Mərkəzi Qan Bankına göndəriləcək və müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin xeyirxah və savablı  bir iş olduğunun bildirərək belə aksiyalarda yaxından iştirak etməyə  vətəndaşları dəvət etdilər. Axşam saatlarına qədər davam edən aksiyada yüzlərlə vətəndaş iştirak edib.