QUBADA PEŞƏLƏR FESTİVALI KEÇİRİLDİ

Robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, vebdizayner,

qrafik dizayner, geyim üzrə dizayner, foto və videoqraf, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri. Oktyabrın 28-də Qubadan başlayan Peşələr Festivalında bu peşələr üzrə peşəkar ekspertlər tərəfindən vörkşoplar və təqdimatlar yeniyetmə və gənclərin böyük marağına səbəb oldu, hər kəs onları maraqlandıran sahələr üzrə bilgiər aldılar.Festivalda kənd təsərrüfatı sahəsi ilə bağlı keçirlən təqdimat isə hər yaş qrupundan olan insanların diqqətini çəkib.Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.“Peşəni peşəkardan soruş” devizi altında keçirlən builki festivalın ötən illərdə keçirilən festivallardan fərqi peşə sayının daha çox olması oldu.Festivalda işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Xatırladaq ki, ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.

{youtube}uHU5rbOD9ng{/youtube}