QUBADA NOVRUZ QABAĞI BAYRAM YARMARKASI KEÇİRİLİR

16 və 17 mart 2024-cü il tarixlərində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində 

Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçirilir. Yarmarka bu gün səhər saat 09-dan etibarən gün boyu davam edəcək. Yarmarkada satışa çıxarılan məhsulların qiymətləri mövcud bazar qiymətlərindən xeyli ucuzdur. Bayram yarmarkasında əhalinin sərbəst alış-verişi üçün lazım olan hər cürə şərait yaradılıb. Ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarının və yeyinti məhsullarının bazar qiymətindən aşağı qiymətlərlə təklif olunması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb. İki gün davam edəcək bayram yarmarkasına Quba rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri baş çəkərək burada yaradılmış şəraitlə, habelə, məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanırlar. Belə yarmarkaların təşkilində əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.