QUBADA NARKOMANİYAYA QARŞI TƏDBİRLƏR

Bu gün Quba Rayon İcra Hakimiyyətinin akt zalında “Narkotik vasitələrin,

psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda interaktiv təlim keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul şəxsləri,“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əmakdaşları, həkim-narkoloq, Yeni Azərbaycan Partiyasının şimal zonası üzrə rayon təşkilatlarının nümayəndələri, şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, həmçinin fəal gəncləri ştirak edib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarə tolunmuş, önünə tər gül dəstələri düzülmüşdür.

 

{youtube}4QhSHpeyglw{/youtube}