Qubada 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Quba şəhərinin mərkəzindəki
abidəsi önünə gül dəstələri qoymuşlar. Tədbir “Media şəhidləri parkı”nda şəhid jurnalistlərin xatirəsinə ucaldılan abidənin ziyarət olunması ilə davam edib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və şimal bölgəsində fəaliyyət göstərən bir qrup kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib. Sonda rayonda fəaliyyət göstərən mətbu orqanların nümayəndələri fəxri fərmanlarla təltif olunmuş, hədiyyələr təqdim edilmişdir.