QUBADA MƏKTƏB-VALİDEYN İŞ BİRLİYİ
Baxış sayı: 748
“Ailə-İcma-Məktəb”, “Qonağımız müəllimdir” və “Hər bir şagird özəldir”. Bunlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə həyata keçiriləcək bir-birilə əlaqəli layihələdir. Ailə-İcma-Məktəb layihəsində valideynlərlə icma və məktəb arasında sıx əlaqələrin qurulması baxımından önəmlidirsə digər iki layihələr valideynlərlə müəllimlərin iş birliyi sayəsində hər bir şagirdə fərdi yanaşılması, onların necə bir ailədə böyüməsi, bununla şagird dərs mənimsəmə səviyyəsinin təyin edilməsi, eləcə də xüsusi istedadlı şagirdlərin üzə çıxarılması baxımından gərəklidir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə gerçəkləşəcək layihələrin təqdimatı region məktəblərin rəhbərlərinin, müəllimlərinin və valideynlərin iştirakə ilə keçirildi. Tədbiri giriş sözü ilə açan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri Rüfət Hacıyev açaraq təhsilin keyfiyyətinin artırılması üçün qurum tərəfindən həyata keçiriləcək bu layihələrin icra mexanizmləri və daha çox insanın bu layihələrdən bilgili olmasının təhsilə gətircəyi uğurlardan danışdı.
Şagirdlərin, özəlliklə də qızların valideynləri tərəfindən təhsildən yayındırəlmasının qarşısının alınması, onların yenidən məktəb cəlb edilməsi məsələsi həlli vacib olan məslələrdəndi. Bu sözləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev layihələrin məqsədi haqqında tədbir iştirakçəılarına bilgi verərkən deyib
Tədbirdə həmçinin təhsilin keyfiyyət səviyyəsini yüksəltmək üçün əsas məqsədlərdən birinin məktəb-valideyn iş birliyini gücləndirmək, sağlam münasibətlər formalaşdırmaq və uşaqları kənar təsirlərdən qoruyub, sosial özəllikləri olan vətəndaş kimi yetişdirmək olduğu vurğulandı.