QUBADA KÜÇƏYƏ ŞƏHİDİN ADI VERİLDİ

Bu ilin aprel ayından etibarən Quba şəhərində və rayonun bir sıra digər yaşayış məntəqələrində yolların əsaslı təmiri, yenidən qurulması və asfaltlanması işlərinin

növbəti mərhələsinə start verilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidi Rəvan Yusif oğlu Əliyevin vaxtilə yaşadığı və hazırda şəhidimizin adını daşıyan küçədə, eləcə də digər küçələrdə yenidənqurma və asfaltlama işlərinin gedişi ilə yerində tanış olmuş, işlərin yüksək keyfiyyətlə aparılması məqsədilə aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu gün 22 yaşı tamam olan Vətən müharibəsi şəhidi Rəvan Əliyevin ailəsində olub, onların prolemləri ilə maraqlanıb. 19 yaşında Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rəvanın igidliyindən söz açan Rayon rəhbəri ailəyə Vətənin müdafiəsi üçün belə qəhrəman oğul böyütdüklərinə görə minnətdarlıq edib. Şəhid Rəvan Əliyevin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirib.  Rayon rəhbəri şəhidin ailə üzvlərini maraqlandıran məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.