Azərbaycanda Milli Mətbuatın və jurnalistikanın yarandığı günün qeyd
olunması Qubada artıq bir gələnək halını alıb.
Hər il olduğu kimi, bu il də iyulun 22-də Qubada çalışan KİV nümayəndələri ilə Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin görüşü təşkil edildi. Mətbuat işçilərinin peşə bayramının qeyd olunması Qubada bir gələnək olsa da, bu dəfə bir fərqli görüş oldu. Jurnalistlərlə bir- bir görüşən rayon rəhbəri onlarla yaxından tanış oldu.
Daha sonra Milli mətbuatın 144 illiyi münasibətilə media işçilərini təbrik edən rayon rəhbəri, rayonda görülən quruculuq- abadlıq işləri haqqında jurnalistlərə məlumat verib. O, yerli KİV-nə bölgədə, özəlliklə də rayonda görülən işləri obyektiv və qərəzsiz işıqlandırdıqlarına görə öz təşəkkürünü bildirıb.
Görüşdə iştirak edən jurnalistlərin hər birinə ayrı-ayrılıqda söz verilib. Jurnaslistlər də öz növbələrində həmkarlarını təbrik edərək, yüksək səviyyədə təşkil olunan görüşə görə Quba rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildiriblər.
Çıxışlarda həmçinin qeyd olunub ki, son çağlarda Qubada gedən inkişaf və müsbət dəyişikliklərin hər biri göz önündədir və KİV-nin nümayəndələri kimi onlar da rayonda gedən infrastruktur dəyişikləri və sosial rifahın yüksəlməsi istiqamətində görülən işləri obyektiv işıqlandırmağa həmişə hazırdılar.
Görüşdə iştirak edən Qafqaz MTRŞ-nin direktoru Eltən Qədimbəyli öz çıxışında vurğuladı ki, Qubada gedən müsbət dəyişiklər, rayon icra hakimiyyəti başçısının yerli KİV-ilə, eləcə də Qafqaz MTRŞ-nin fəailiyyətilə yaxından tanış olması və əməkdaşlığa açıq olması təqdirə layiqdir.
Çıxışların sonunda rayon rəhbəri bir daha hər kəsi təbrik edərək vurğuladı ki, Milli Mətbuatın növbəti - 145 illik yubileyi münasibətilə rayonun Zərdabi qəsəbəsində mətbuatımızın banisinin büstü ucaldılacaq və xatirə lövhəsi vurulacaq. Sonda xatirə şəkli çəkdirilib.