Qubada lX Şairlər günü çərçivəsində Əməkdar incəsənət xadimi Ələkbər Salahzadənin yaradıcılıq gecəsi keçirilib. Quba rayon icra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Türkiyə, Şimali Kipr Respublikası və Qazaxıstandan da məşhur yazarlar, qələm sahibləri iştirak edib.
Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki, Qədim Quba tarixi şəxsiyyətlər, tanınmış elm və incəsənət xadimləri yetişdirib. 9-cu Şairlər Günü çərçivəsində bu dəfəki tədbirin əslən Quba raonunu Cimi kəndindən olan Ələkbər Salahzadə yaradıcılığına həsr edilməsi dövlətimiz tərəfindən yaradıcı insanlara verilən qiymətin əyani sübutudur.
Tədbirdə çıxış edən 9-cu Şairlər günü layihəsininn rəhbəri Xəyal Rza əməkdar incəsənət xadimi Ələkbər Salahzadənin yaradıcılıq gecəsinin təşkilinə görə Quba rayon icra Hakimiyyəti rəhbərliyinə və qubalı poeziya sevərlərə təşəkkür edib. Qubalı yazarlardan Əlibala Məhərrəmzadə, sevilən şair Ramiz Qusarçaylı və digər çıxış edənlər belə tədbirlərin insanlarda, xüsusilə gənclərimizdə vətənə məhəbbət hisslərinin daha da yüksəlməsinə müsbət töhfələr verdiyini xüsusi vurğulayıblar. Dünyagörüşün formalaşması, mədəni, estetik və vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından poeziya bayramı tədbirinin çox mühüm əhəmiyyəti olduğunu qeyd olunub. Qubadakl Şeir bayramı" qardaş Türkiyə, Şimali Kipr Respublikası və Qazaxıstandan olan şairlərin çıxışı və yazdıqları şerlərdən nümunələr səsləndirmələri ilə daha da rövnəqləndirilib.
Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə şeir gününün təşkili və poeziyaya böyük marağı nəzərə alınaraq Azərbaycan Yazıçılar Birliyinin fəxri fərmanı təqdim olunub. Şairlər günündə məktəblilər Ələkbər Salahzadənin şierlərindən seçmələr söyləyib, ədibin sözlərinə bəstələnmiş mahmılar ifa olunub.