QUBADA İLK DƏFƏ BEYNƏLXALQ ŞAHMAT TURNİRİ KEÇİRİLİR
Baxış sayı: 490
Qubada ilk dəfə "Quba Open CHESS FESTİVAL 2023” beynəlxalq şahmat turnirinə start verilib. Turnir Quba Şahdağ hotelinin baş sponsorluğu və Ağ Top Şahmat Klubunun təşkilatçılığı ilə keçirilir.Doqquz turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan A və B qrupu üzrə 110 şahmatçı iştirak edir.Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır.Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov, yarışın Təşkilatçıları isə Beynəlxalq dərəcəli hakimlər Cavanşir Bağırov və Çingiz Rzayevdir. Fevralın 12- də Blitz turnir keçiriləcək. Yarışa fevralın 13-də yekun vurulacaq. Qeyd edək ki, "Quba Open CHESS FESTİVAL 2023” -ün ümumi mükafat fondu 7 min manat təşkil edir.