QUBADA HEYDƏR ƏLİYEVLƏ BAĞLI KONFRANS KEÇİRİLİB

Martın 9-da Quba Rayon İcra Hakimiyyətinin , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin və Xaçmaz regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Konfransda rayonun ziyalıları, din xadimləri, icmalar, etnik qrupların nümayəndələri və fəal gənclər iştirak edib. Konfrans Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin və Türkiyədə zəlzələdə həyatını itirən 46 mindən çox insanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Konfransı giriş sözü ilə açan Quba RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov bildirilib ki, Ulu öndər Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev nəinki Azərbaycan xalqının ulu öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər ən böyük multikultural və tolerantlıq nümunəsi göstərərək dövlətimizin başlıca prioritetlərini müəyyənləşdirib. Bu elə bir prioritetlərdir ki, Vətənimizdə yaşayan müxtəlif konfessiya və dinlərə etiqad edən müxtəlif xalqlar və etnoslar, etnik qruplar bir bayraq altında eyni amal uğrunda sülh və bərabərlik şəraitində yaşamalıdırlar. Bu amal isə Ümummilli Liderin irəli sürdüyü Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq məfkurəsi elə bir düşüncə tərzidir ki, nəinki Vətənimizdə sülh və əminamanlıq şəraitində müxtəlif dinlərin, etnos və xalqların nümayəndələrini birləşdirir, həmçinin Azərbaycanla bağlılığı olan və Dünyanın yaxın-uzaq ölkələrində yaşayan bütün sülhpərvər insanları birləşdirir. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təqdm edilən “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.