QUBADA GENİŞ MİQYASLI AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi

ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 25 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba-Bakı magistral avtomobil yolunun Quba rayonunun ərazisindən keçən hissəsinin kənarında növbəti geniş miqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Millət vəkili Əlibala Məhərrəmzadə, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, könüllülər, gənclər və tələbələr iştirak edib. Aksiyada gün ərzində yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilib, aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizlənib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər. Qeyd edək ki, qarşıdakı günlərdə də növbəti ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

{youtube}vte-UhvhilM{/youtube}