QUBADA GƏNCLƏR GÜNÜ QEYD EDİLDİ
Baxış sayı: 489
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi özünü Azərbaycan gənclərinin necə vətənpərvər ruhunda yetişməsinə özünü göstərdi.
Qubada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə bağlı təşkil edilən tədbir öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinini düzülməsi ilə başladı. Ulu öndərin xatirəsi anıldıqdan sonra Azərbaycan Gəncləri gününə həsr edilən tədbir Quba rayon Heydər Əliyev mərkəzində davam etdi.