Qubada Respublika Fənn Olimpiadalarının qalibləri və Cimi kənd tam orta məktəbin 6-cı sinif şagirdi, Cimi çayında batmaq üzrə olan bir azyaşlının həyatını xilas etmiş İsrafilov Dəyanət ilə görüş keçirilib.
Görüşdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki,təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçımız İlham Əliyev və respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə göstərdikləri əvəzsiz xidmətlərin nəticəsidir ki, ölkəmizdə 3200-dən çox məktəb tikilib.Yüzlərlə məktəb binası əsaslı təmir olunub, maddi-texniki bazası ən müasir tələblər səviyyəsində gücləndirilib.
Son illər Qubada da təhsil sahəsində xeyli işlər görülüb.58 yeni məktəb binası tikilib,12 məktəb binası əsaslı təmir olunub.Ölkə prezidentinin sərəncamı ilə Qubanın 8 yaşayış məntəqəsində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin bir neçəsi artıq istifadəyə verilib.Alekseyevka kəndində tikilən 960 yerlik məktəb binası yeni dərs ilində pedoqoji kollektivin istifadəsində olacaq. Rayonun 1-ci nügədi kənd 1 nomrəli tam orta orta məktəbi üçün tikilən 790 şagird yerlik binanın inşası Heydər Əliyev Fondu tərəfindən icra olunur.Sevindirici haldır ki, Qubanın təhsil göstəriciləri də ildən ilə yaxşılaşır.Respublika fənn olimpiadalarının nəticələrinə görə Qubanın 2 məktəblisi tarix fənni üzrə 2-ci yeri, 2 məktəblisi isə coğrafiya fənni üzrə 3-cü yeri tutublar.
Görüşdə rayon rəhbəri 12 yaşlı Dəyanət İsrafilovu iştirakçılara xüsusi təqdim edib.Bu günlərdə Cimi çayında boğulmaq üzrə olan 3 yaşlı qızı xilas edən 6-cı sinif şagirdi Dəyanətin əməlini cəsarət və fədakarlıq nümunəsi kimi dəyərləndirib.
Görüşdə çıxış edənlər son dövrlər ölkəmizdə, o cümlədən də Qubada təhsil sahəsində aparılan islahatları yüksək qiymətləndiriblər.Sonda olimpiya qaliblərinə rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Quba rayon icra Hakimiyyətində keçirilən görüşdə Azyaşlı qızı Cimi çayının sel-sularında boğulmaqdan xilas edən 12 yaşlı Dəyanət İsrafilova isə Heydər Əliyev Fondu adından Milli Qəhrəmanımız Mübarız İbrahimovun portreti, geyim dəstləri və pul mükafatı təqdim olunub.