QUBADA DOĞA QOYNUNDA ŞƏHƏR RAHATLIĞI - “CƏNNƏT BAĞI”
Baxış sayı: 10
Bəzən insan şəhərin stresi və tələsik həyat ritmindən uzaqlaşıb rahat, arxayın bir məkanda yaşamının – həyatının real ritminin duymaq, özü olmaq istəyir.
Təmiz havanın, dağların sükutunun və meşənin sakit pıçıltısının içində…
Qubanın səfalı guşələrindən birində yerləşən “Cənnət Bağı” istirahət mərkəzi qonaqlarını məhz belə bir əhvalla qarşılayır.
Şimal bölgəsində yaradılan ilk ailəvi istirahət məkanlarından biri olan “Cənnət Bağı” illər keçdikcə sadəcə bir istirahət ünvanı deyil, həm də müxtəlif turizm növlərini bir araya gətirən mərkəz kimi tanınmağa başlayıb.
Burada insan həm özünü təbiətin saflığı və gözəlliyi içində, həm də şəhər komfortu ilə əhatə olunmuş fiziki və duyğusal rahatlıqda hiss edir.
Dağ-meşə turizminin cazibəsi, ekoturizmin təmiz nəfəsi və otel komfortu eyni məkanda birləşərək qonaqlara fərqli bir istirahət mühiti yaradır.
Bayram günləri yaxınlaşdıqca isə bura üz tutanların sayı daha da artır.
Ramazan və Novruz ərəfəsində “Cənnət Bağı” istirahət mərkəzi qonaqlar üçün münasib qiymətlərlə xidmət göstərir.
İstirahət mərkəzinin meneceri Cavid İbrahimov da deyir ki, əsas məqsədləri hər kəsin burada rahat istirahət edə bilməsi, istirahətindən razı qalmasıdir.
Burada istirahət isə yalnız təmiz hava və gözəl mənzərə ilə bitmir.
İstirahət mərkəzinin restoranında qonaqlara Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunur. Burada aşpazların hazırladığı “Cənnət Bağı salatı” və “Cənnət kababı” qonaqların ən çox seçdiyi yeməklər sırasındadır.
Təbiətin qoynunda sakit və huzurlu bir gün yaşamaq, xoş anlarını ailəsi ilə birgə keçirmək və şəhərdən uzaqda dincəlmək istəyənlər üçün Qubada belə bir məkan var.
Adı kimi…
“Cənnət Bağı”.
