QUBADA BAYRAM KONSERTİ KEÇİRİLİB.

Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev,idarə,təşkilat,elm və təhsil müəssisələrinin, aqrar sektorda çalışanların, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin, minlərlə Quba sakininin iştirakı ilə keçən konsertdə əsl bayram abu-havası yaşanıb.

Əvvəlcə Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev təbrik çıxışı edərək qeyd edib ki, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Ümumdünya birlik günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Qubanın il ərzində qazandığı uğurlardan, nailiyyətlərindən də geniş bəhs edən Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev sözügedən tədbirdə idman sahəsində uğur qazananları da təbrik etdi. Populyar müğənni və gənc incəsənət xadimlərinin,rəqs kollektivlərinin iştirakı ilə 2 saatdan çox davam edən konsert proqramında ifa edilən mahnı və rəqslər hər bir qubalının qəlbinə sevinc bəxş edib.