Quba rayonunun Çinarlı kəndində bağ sahəsində yanğın hadisəsi baş verib.
Hadisə ilə bağlı məlumat avqustun 21-də saat 13:34-də Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə daxil olub. Məlumatın daxil olmasından dərhal sonra yanğının qarşısının alınması və ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədilə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə avtomobili və şəxsi heyəti hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının, eləcə də yaxınlıqdakı qonşu həyətyanı sahələrə keçməsinin qarşısı alınıb.
