QUBADA AVTOMOBİL BETON DİVARA ÇIRPILDI

Dünən gecə Qubada baş verən yol qəzası avtomobilə ciddi ziyan vurub. Sürücünün idarəetməni itirməsi nəticəsində BMW markalı avtomobil beton divara çırpılıb.

Hadisə noyabrın 24-də saat 22:50 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton divara çırpılıb. Toqquşma nəticəsində avtomobilə ciddi ziyan dəyib. İlkin yayılan məlumatlarda sürücünün və avtomobildəki ailə üzvlərinin xəsarət almadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.