QUBADA “ASAN YAY FESTİVALI”

 “ASAN Yay Festivalı”nın növbəti ünvanı Quba “ASAN Həyat” kompleksi olub. Quba rayon İcra hakimiyyətinin,  “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə keçirilən festivala

Quba və ətraf rayonların sakinləri eləcə də turistlər tamaşa edib.

Konsertdə tanınmış müğənnilər Nura Suri, Zenfira İbrahimova, reper Qurd, kubalı müğənni Yanssel Castellon və digərləri geniş proqramla çıxış ediblər. Sonra səhnəyə DJ Bazaur çıxıb.

 “ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Onu da qeyd edək ki, “ASAN Yay Festivalı” Qubadan əvvəl Masallı, Mingəçevir, İmişli “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad “ASAN xidmət” mərkəzlərində təşkil olunub.