QUBADA ALBAN MƏDƏNİYYƏTİ İZLƏRİ
Baxış sayı: 525
Qubanın yaşayış məskəni olaraq tarixi qədimdir. Bunu rayon ərazisində tapılan müxtəlif dövrlərin tarixi ekspanatları da deyir. Beləki bu ekspanatlar arasında tarixi eramızdan çox-çox illər əvvələrə dayanan müxtəlif məişət əşyaları da bu yaşayış məskəni ilə bağlı bilgi verir. Bu ekspanatlar sayəsində yerli əhalinin məşğuliyyəti və yaşam tərzini öyrənmək çətin olmur. Quba Tarix-Diyarşünaslıq Muzeyində qorunana bu ekspanatlar arasında eramızdan əvvəl 1-ci minniliyə aid saxsı Küp, əgər bu bölgədə yaşayan insanların ta qədimdən sənətkarflıqla məşğul olmasından xəbər verirsə, tapılan daş qazan da müxtəlif şəfalı otların ocaqda qaynadılaraq bu otlardan məlhəmlər hazırlanması haqqında bilgi verir ki, bu da Qubanın doğasının zənginliyinin göstəricisidir. Muzeyin ələdçisi Samirə Sultanova deyir ki, rayonun Ağbil, Alpan, Zizik, Qrız, Digah kimi qədim kəndlərində aparılan tədqiqatlar zamanı aşkarlanan tapıntılar hazırda muzeydə qorunmaqdadı. Bu ekspanatlardan bəziləri rayon sakinləri tərəfindən muzeyə təhvil verilir. Rayon sakinlıəri tərəfindən muzeyə təqdim olunana belə nümunələrdən biri də 11-ci əsrə aid saxsı camdır. Bu cam muzey ekspanatları arasında yeni tarixi əşyadır
Quba Tarix –Diyarşünaslıq Muzeyində qorunan nadir ekspanatlardan biri də kəşküldür. Əsl sənətkarlıq nümunəsi olan bu Kəşkül 14-cü əsrə aiddir.
Onu da qeyd edək ki, burda qorunan qədim ekspanatlar arasında Azərbaycanda Alban mədəniyyətinin erkən orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri də var