QUBADA ABADLIQ İŞLƏRİ ARDICIL OLARAQ DAVAM ETDİRİLİR

Quba rayon İcra Hakimiyyəti və rayonun əlaqədar təşkilatları tərəfindən rayon ərazisində səliqə-səhman,təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi üçün ardıcıl tədbirlər görülür. Qeyd olunan məsələlələr daima diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq iməciliklər,ekoloji aksiyalar təşkil olunur,abadlıq və təmizlik işləri həyata keçirilir. Rayon ərazisindən axan çayların sahilləri və çay yataqlarında da təmizlik və səliqə-səhman işlərinə daima xüsusi diqqət göstərilir. Qudyalçay və Qaraçay çaylarının rayonun Zizik kəndi, Timiryazev qəsəbəsi və eləcə də I və II Nügədi kəndlərinin ərazisindən keçən hissələrində çay yataqlarında növbəti dəfə təmizlik tədbirləri təşkil olunub, adı çəkilən ərazilərə aidiyyatı qurumların xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Çayların sahilləri və yataqları məişət tullantılarından təmizlənərək, abad və səliqəli vəziyyətə gətirilib. Qeyd edək ki, rayon ərazisində səliqə-səhman, təmizlik və abadlıq işləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir. Əziz rayon sakinləri Qubamızın daha da gözəl və səliqəli olması üçün təmizliyə rayət etməyiniz xahiş olunur. Axı bura hamımızın evidir.