QUBADA 6 KƏNDİN YOLU BƏRPA OLUNUR
Baxış sayı: 529
Quba rayonunda uzun illərdir təmirsiz, bərbad, çala-cuxurlu yoldan istifadə edən Tüləkəran İnzibati Ərazi Dairəsinin əhatə etdiyi və 5436 sakinin yaşadığı 6 kəndin əhalisinin abad yol arzusu reallaşmağa başlayıb.
Bir neçə gündür ki, Tüləkəran İnzibati Ərazi Dairəsinin Gültəpə, Möhüc, Tülər, YuxarıTüləkəran, Aşağı Tüləkəran, Yenikənd kəndlərinin sakinlərini hədsiz sevincinə səbəb olnn yolların bərpasına start verilib.
Artıq Gültəpə kəndindən başlayaraq yolun qaydaya salınmasına başlanılıb.
Yolun bərpası işləri ilə tanış olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev sakinlərlə görüşüb. Rayon rəhbəri bərpa işlərinin təxminən 20 km məsafəni əhatə edəcəyini, yolların asfaltlanacağını deyib.
Rayon rəhbəri Tüləkəran İnzibati Ərazi Dairəsində köhnə elektrik xətlərinin yeniləndiyini və kəndlərə internet çəkildiyini də diqqətə çatdırıb.
Tüləkəran İnzibati Ərazi Dairəsinin kəndlərinin yollarının bərpası işləri ilə tanış olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Yuxarı Tüləkəran kəndində sentyabrın 4-ü 20 yaşı tamam olan şəhid Müşfiq Nəsirovun ailəsini ziyarət edib. Şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyən Ziyəddin Əliyev şəhidin yaxınılarına səbr arzulayıb. Şəhid Müsfiq Nəsirovun ailəsini ziyarət etdikdən sonra Quba RİH-nin başçısı şəhidin xatirəsinə ucaldılmış bulağı da ziyarət edib.