QUBADA 35 MİNDƏN ÇOX SEÇİCİ SƏS VERİB
Baxış sayı: 33
59 saylı Quba və 60 saylı Quba-Qusar dairə Seçki komissiyası Qafqaz TV-yə bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. 59 saylı Quba dairə Seçki komissiyasının sədri Mübariz Abasov bildirdi ki, həmin müddətə qədər seçici sayı 14792 nəfər olub ki, buda seçicilərin 29,7%-ni təşkil edir. 60 saylı Quba – Qusar dairə Seçki komissiyasının sədri Rahim Qarayev isə bildirdi ki, həmin müddətə qədər seçici sayı 15253 nəfər olub ki, buda seçicilərin 29,6%-ni təşkil edir. 59 saylı Quba və 60 saylı Quba-Qusar dairə Seçki komissiyalarından Qafqaz TV – yə saat 17:00-a olan seçici fəallığı da açıqlanıb. Belə ki, həmin müddətə qədər 59 saylı Quba dairə Seçki komissiyasının verdiyi bilgiyə görə seçici sayı 17530 nəfər olub ki, seçicilərin 35,2%-ni, 60 saylı Quba – Qusar dairə Seçki komissiyası üzrə isə seçici fəallığı 17.969 nəfər, 34.9% təşkil edir. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.