QUBADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Quba rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Mərasimdə Quba rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə 1990-cı ilin qanlı Yanvar günü şəhid olan Rahib Hüseynovun məzarı ziyarət olundu. Şəhidin məzarı üzərinə gül dəstələri düzülərək, ruhuna dualar oxundu. 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarı ziayarət olunduqdan sonra Quba şəhər qəbiristanlığında dəfn edilən Qarabağ müharibəsi şəhidlərinin də məzarı ziyarət olunub, məzarları üzrəinə gül dəstələri düzülüb. Sonra Quba şəhərində yerləşən Şəhidlər Xiyabanında xatirələri əbədiləşdirilən şəhidlər və “Şəhidlər” memorial kompleksini ziyarət olundu. Vətən uğrunda canından keçən qəhraman oğulların xatirəsi anıldı, xatirə kompleksinin və məzarların üzərinə gül dəstələri düzüldü, din xadimləri Qurani-Kərimdən ayələr oxudular. 1990 – cı il yanvarın 19-dan 20 - ə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhəır və rayonlarında törətdiyi qırğınlar pislənildi. Bu tarixin Azərbaycanın qan yaddaşına yazılan qəhramanlıq səlnaməsi olunduğu bilindi. Saat 12 – də 20 yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Quba şəhərində 1 dəqiqəlik sükut elan edildi. Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Quba rayonundan olan 4 nəfər şəhid, 3 nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq əlil olub.