QUBADA “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Quba rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin və 5 saylı Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Talabıqışlaq kəninin ərazisində yeni meşə massivinin salınması ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, 5 saylı Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, Rayon İcra Hakimiyyətinin və Regional Meşə Təsərrüfatı Mərkəzinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.