Qubada “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.Toplantı “Soyqırımı Memorial Kompleksi”nin
fəaliyyətinin 10 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Milli Elmlər Akademiyası, Quba Rayon İcra Hakimiyyəti və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransda bildirilib ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər Heydər Əliyevin hakimiyyəti dövründə açılıb, təhrif edilmiş hadisələrə huquqi siyasi qiymət verilib. Həmçinin vurğulanıb ki, bu il həm də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin nin fəaliyyətə başlamasının 10-cu il dönümüdür. Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi 200 minə yaxın xarici vətəndaş olmaqla, ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib.Konfransdan əvvəl Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”ndə Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, kompleksin ərazisində ağacəkmə aksiyası keçirilib.Sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi ziyarət edilib və Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.