QUBADA “DOST” MƏRKƏZİ TİKİLİR
Baxış sayı: 718
“DOST” Mərkəzi Qubada. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qubanın Fətəli xan küçəsində Quba “DOST” Mərkəzi, Quba Peşə Hazırlığı Mərkəzi və Peşə Hazırlığı Mərkəzinin emalatxana binalarının inşaat işlərinə başlanıb. 800 kvaqdrat metrlik ərazidə “Dost” Mərkəzinin, Quba Peşə Hazırlığı Mərkəzinin və emalatxanasının binalarının tikinti işlərinin hava şəraitindən asılı olaraq qısa vaxt ərzində bşa çatması planlaşdırılır
Tikinti işlərinin aparıldığı ərazidə olan Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev əraziyə baxış keçirib. Burada inşaat mühəndisi ilə görüşüb, tikinti planı ilə tanış olub.
Layihə ilə tanış olan rayon rəhbəri Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfinin dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olduğunu vurğulayıb. Həmçinin qeyd edilib ki, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən layihədir.
Onu da qeyd edək ki, Qubada “DOST” Mərkəzi ilə bərabər tikintisinə başlanacaq Quba Peşə Hazırlığı Mərkəzi istifadə verildiqdən sonra Respublikanın digər bölgələrində olduğu kimi əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramları ilə işəgötürənlərin tələblərinin vaxtında qarşılanması, yüksək nəzəri və praktiki biliklərə, şəxsi keyfiyyətlərə malik olan rəqabətədavamlı peşəkar mütəxəssislər hazırlayaraq kadr bazasının formalaşması, ölkənin istehsal potensialının və iqtisadiyyatının inkişafına dəstək verəcək.