QUBADA “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”ADLI TƏDBİR KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Biz birlikdə güclüyük!”adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Quba Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirinin müavini Anar Məmmədov açaraq, Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin salamlarını və tədbirin təşkilində əməyi olan hər kəsə rayon rəhbərinin təşəkkürünü çatdırıb. Tədbirdə çıxış edənlər, bu tarixi Qələbənin əldə edilməsində ölkəmizdə yaşayan bütün xalqların birlik nümayiş etdirdiyini və müzəffər ali baş komandanın ətrafında ümumi düşmənə qarşı bir yumruq kimi birləşdiyini diqqətə çatdırdılar.