QUBADA “AĞILLI BAĞ”LAR MƏHSULDARLIĞI 25 FAİZ ARTIRACAQ

Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiq olunduğu 15 hektar sahəni əhatə edən “Ağıllı bağ”lar salınıb.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Meyvəçilik və Çayçılıq Elmi-tətqiqat inistitutunun təsarrüfat səhəsində yaradılan bağda 23 minə yaxın alma, armud, heyva, şaftalı və gilas tingləri artıq əkilib. Ənəvi bağlardan fərqli olaraq burda aqrotexniki işlər kompüter hətta telefon vasitəsilə uzaqdan görülür.Layihə Meyvəçilik və Çayçılıq Elmi-tətqiqat inistitutu tərəfindən ilk dəfə Qubada yaradılıb. Layihə uğurlu olarsa gələcəkdə belə bağların sayı da artırılacaq. “Ağıllı bağ”da günəş şüalarına, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb ki , Bununla da məhsul itkisinin qarşısı alınacaq.Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağda cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronomun becərilmə prosesini izləməsi kifayət edir. məlumat üçün bildirək ki ,Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan çox alma toplanılır