QUBADA “ŞUŞA, SƏN AZADSAN!” ADLI TƏDBİR KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin respublikamızda “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Şuşa, sən azadsan!” mövzusunda tədbir keçirilmdir. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş “Şuşa İli”nə həsr edilmiş məktəbli gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxıblar. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, gənclər və məktəblilər iştirak etmişdir. Tədbirin bədii hissəsində məktəblilərin və rayon incəsənət nümayəndələrinin hazırladığı ədəbi-bədii kompozisiya, rayonun istedadlı və tanınmış müğənnilərinin konsert proqramı təqdim olunub.