QUBADA ƏHALİNİN YAŞAM VƏZİYYƏTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI MƏQSƏDİ İLƏ İŞLƏR DAVAM ETDİRİLİR.

2020-ci ildə qeyd olunan bəzi kəndlər istiqamətindəki yollar əsaslı təmir olunaraq asfaltlanacaq.Qubada rayonun kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı,əhalinin yaşam vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə yerlərdə vətəndaş müraciətlərinin öyrənilməsi istiqamətində tədbirlər davam etdirilir.

Aşağı Tüləkaran kəndi təbii füsunkarlığı ilə istər yay,istərsə də qış mövsümündə qubalıların və rayonun qonaqlarının sevimli məkanlarındandır.Qədim tarixə sahib olan bu yaşayış məntəqəsi yüksək turizm potensialına da malikdir.Quba rayon icra hakimiyyəti başçısının Tüləkəran İƏD üzrə nümayəndəliyinin 2019-cu il ərzində gördüyü işlərə dair hesabat yığıncağında Aşağı Tüləkəran kəndi ilə yanaşı Yuxarı Tüləkəran, Möhüc, Yenikənd, Tülər və Gültəpə kəndlərinin də mövcud sosial-iqtisadi vəziyyəti ətraflı müzakirə olunub,vətəndaşların müraciətləri də nəzərə alınmaqla perspektiv inkişaf tədbirləri müəyyənləşdirilib.Vətəndaşların arzu və istəklərini dinləyən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, 2020-ci ildə qeyd olunan kəndlər istiqamətindəki yollar əsaslı təmir olunaraq asvaltlacaq.Kommunal xidmət sahələrinin keyfiyyəti daha da yüksəldiləcək. Qubanın Ərməkiqışlaq, Hacıqayıb, Mirzəqasım, Küpçalqışlaq, Əliməmmədoba,Qımılqışlaq,hacıhüseynli, Çaydüzü, Davıdoba kəndləri və Gənclər qəsəbəsi ictimaiyyəti nümayəndələri ilə keçirilən görüşdə də bu yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması, əhalinin yaşam vəziyyətinin daha da yüksəldilməsi yolları ətraflı müzakirə olunub.Bu istiqamətdə tədbirlərin icrasını sürətləndirmək məqsədilə aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.