QUBADA ŞƏHİDLƏRİN XATİRƏSİNƏ YARADILAN ABİDƏYƏ BAXIŞ KEÇİRİLİB
Baxış sayı: 229
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə Quba Rayon Mərkəzi Xəstəxanasında çalışan Şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ardınca xəstəxana ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə yaradılan abidəyə baxış keçirilib, önünə tər güllər düzmüşlər. Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.