QUBADA ŞƏHİDİN QIRX MƏRASİMİ TƏŞKİL OLUNUB

24 oktyabr 2022-ci il tarixdə Quba rayonunun İsnovqışlaq kəndində Quba Rayon İcra Hakimiyyəti tərəfindən 12-14 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun qırx mərasimi təşkil olunub.Mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, RİHB aparatının kollektivi, YAP rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə kənd qəbirstanlığında şəhid Ümüd Həsənovun məzarını ziyarət edərək əklillər və gül dəstələri qoymuş, daha sonra isə qırx mərasimində iştirak etmişlər.