QUBADA ŞƏHİD JURNALİST ANILIB

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini yad edənlər bu gün Qubadakı Media şəhidləri parkına toplandılar. Mərasimdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, şəhid jurnalistin həmkarları, yaxınları, Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.