QUBADA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR ÜÇÜN BAYRAM TƏDBİRİ KEÇİRİLİB
Baxış sayı: 407
Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və “Vətən naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Milli lider Heydər Əliyevin və Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tədbirdə çıxış edərək qarşıdan gələn gözəl bayramlar münasibəti ilə bütün şəhid ailələrini, Vətən Müharibəsi iştirakçılarını, qaziləri, ümumiyyətlə, bütün Quba sakinlərini, qonaqlarını təbrik edib. Onlara bol ruzi, sülh və əmin-amanlıq arzulayıb. Qubadan olan Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov həmyerlilərini və bütün tədbir iştirakçılarını 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
Şənlikdə çıxışda edən şəhid valideynləri Şəhid anası və qazi şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şənliyə xüsusi rəng qatan şaxta baba və qar qız Şəhid övladlarına şənlikdə xoş saatlar yaşatdılar. Habelə şaxta baba şəhid övladlarına yeni il hədiyyələri təqdim etdi. Sonra uşaqların əl işlərindən ibarət sərgisinə baxış keçirildi. Sərgidə əl işi nümaiş olunan hər bir uşaq rayon rəhbəri tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırıldılar. Rayon rəhbəri Ziyəddin Əliyev onlara yeni il hədiyyələri təqdim edib. İcra başçısı və rəsmilər qazilərlə və şəhid övladları ilə birgə rəqs ediblər. Tədbirdə mərkəzdən gəlmiş və yerli musiqiçilər iştirakçılara xoş nəğmələr ərmağan ediblər. Əməkdar artist, aktyor Çingiz Əhmədov anadan olmasının 60 illiyi münasibətilə Quba İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. Sonda rayon rəhbəri, şəhid ailələri və qazilərlə birgə xatirə şəkli çəkdirdilər.