QUBADA ŞƏHİD AD GÜNÜNDƏ ANILDI

“Bir evdən, bir eldən yox, bütün şəhidlərimiz kimi bütöv bir yurddan gedərək, şəhidlik zirvəsinə ucalıb Nuran. ” Bu sözləri qubalı şəhid Nuran Mirzəyevin oğlunun cənnətdəki yeni yaşını onun məzarı başında, bir də doğulduğu Qımıl kəndində ucaldılan Nuran bulağının başında qeyd edən atası Akif Mirzəyev dedi. 1999-CU İL UYULUN 27-DƏ Qubanın Qımıl kəndində doğulmuşdu Nuran Mirzəyev. 2 bacının tək qardaşı idi. 2019-cu ildə hərbi xidmətini bşa vurub gəlsə də Vətənin dar günündə kənarda qala bilməzdi. Vətən igid oğullarının savaşa səsləyəndə Nuran Mirzəyev də gidi el oğullarımızla birgə Vətən Savaşına qatılır. Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşən Nuran Mirzəyev 2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində şəhidlik zirvəsinə ucalır. 21 yaşında torpaqlarımızn azadlığı uğrunda şəhid olan Nuran Mirzəyevi isə xalqımız unutmur. Şəhid əsgər Nuran Mirzəyevin anası Təranə Mirzəyeva deyir ki, indi Nuran tək onların ailəsi üçün deyil bütün el üçün doğmadı .