QUBADA ÜMUMRAYON YIĞINCAĞI KEÇİRİLİB

Hesabat dövründə “Bağlar diyarı” Qubada həyata keçirilmiş mühüm sosial-iqtisadi layihələr barədə ətraflı məlumat verilib.

Qubada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 3 fevral 2020-ci il tarixdə keçirilmiş və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulmuş vəzifələrlə əlaqədar ümumrayon yığıncağı keçirilib. Qubada keçirilən ümumrayon yığıncağında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 3 fevral 2020-ci il tarixdə keçirilmiş və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulmuş vəzifələr ətraflı müzakirə olunub. Yığıncaqda şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki, konfransda dövlət başçımızın keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülməsi, ölkəmizin uğurla inkişaf etməsi və Azərbaycanın inkişaf, sabitlik yolu ilə getməsini qeyd etməsi qubalıların da böyük sevincinə səbəb olub. Çıxış edənlər bildiriblər ki, respublika prezidentinin iştirakı ilə keçirilən konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin məruzəsinin dinlənilməsi dövlət başçımızın bu rayonun sosial-iqtisadi inkişafına,əhalinin yaşam vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm verməsinin nəticəsidir və qubalılar bu məsuliyyəti dərk edir və qiymətləndirir.Qürur hissi ilə qeyd olunub ki,Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir. Quba rayon ictimaiyyəti dövlət başçımızın konfransdakı çıxışında dövlət orqanlarının qarşısında vacib tapşırıqlar qoymasından, bütün dövlət qurumlarının nəzərinə öz fəaliyyətlərini şəffaf və günün tələblərinə uyğun qurmağı çatdırmasından və sahibkarlara dəyərli tövsiyələrini verməsindən razılıqla bəhs ediblər. Onu da qeyd edək ki,hesabat dövründə “Bağlar diyarı” Qubada həyata keçirilmiş mühüm sosial-iqtisadi layihələr barədə də ətraflı məlumat verilib.Görülən işlər yüksək qiymətləndirilib,qarşıda duran vəzifələrin həlli istiqamətində səylə çalışmanın zəruriliyi vurğulanıb.