QUBA-XAÇMAZ ZONASININ İŞSİZLİK PROBLEMİ

İş yerlərinin açılması ilə bağlı Qubanın ciddi problemləri var. Bu yaxınlarda Milli Məclisdə də bu məsələyə toxunmuşam. Yaxın günlərdə Quba-Xaçmaz zonasında iş yerləri və bir sıra problemlərlə əlaqədar olaraq böyük bir konfrans keçirəcik. Bütün sahibkarlar da ora dəvət ediləcək. Bu sözləri Millət Vəkili Vahid Əhmədov kənd sakinlərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən danışarkən vurğulayıb. Qubada gedən quruculuq işlərindən danışan Millət Vəkili kəndlədə qazlaşdırma və elektrik enerjisi təminatı ilə bağlı çətinliklərin aradan qaldırıldığını bildirdi. Milli Məclisin deputatı, Millət Vəkili Vahid Əhmədovun hər ay Qubada keçirdiyi vətəndaş qəbullarında 100-dən çox sakin onları narahat edən məsələlərlə bağlı müraciətlər edir. Millət Vəkilinə müraciət edənlər arasında tək Quba sakinləri deyil ətraf rayonların sakinləri də olur. Vətəndaşların müraciətlərini dinləyən Millət Vəkili onları narahat edən məsələlərin həlli istiqamətində işlər görür. Millət Vəkili həmçinin vurğuladı ki, hansı bölgədən olmasından asılı olmadan ona müraciət edən bütün Azərbaycan vətəndaşlarının çətinliklərinin aradan qaldırılmasına yardımçı olur.