Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı əsasında hibrid ortaq dərs təşkil
olunub. Dərs Quba rayon Alekseyevka kənd tam orta məktəbinin IV a sinfi və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IV c sinfinin iştirakı ilə sinif müəllimləri Sevil Allahverdiyeva və İsayə Əliyeva tərəfindən keçirilib.Dərsin girişində hər iki sinfin şagirdləri özlərini dərsin mövzusuna uyğun şəkildə təqdim edərək bir-birləri ilə tanış olublar. Azərbaycan dili fənnindən “Sifətin dərəcələri” mövzusunda təşkil olunan dərsdə mövzu müəllimlərin istiqamətləndirməsi və şagirdlərin fəal iştirakı ilə şərh olunub. Müəllimlər tərəfindən şagirdlərin biliklərinin möhkəmləndirilməsi üçün çalışmalar işlənilib.Layihənin əsas məqsədi müəllimlər arasında əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, təcrübənin paylaşılması və mövcud imkanlardan istifadə etməklə dərsin effektivliyinin artırılmasıdır. Qeyd edək ki, dərs Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.