QUBA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISI ZİYƏDDİN ƏLİYEV BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva və İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın görüşündə Ombudsman Yanvarın 29-da Qubada Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” mövzusunda keçirilən maarifləndirici treninq-seminarın önəmini vurğulayıb. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonunun coğrafi-inzibati vəziyyəti, son dövrlər kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi,tikinti-quruculuq,yol-infrastruktur sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər,vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Yerlərdə vətəndaşların arzu və istəklərinin, onları maraqlandıran məsələlərin öyrənilməsi və həlli məqsədilə davamlı olaraq səyyar görüş-qəbulların keçirilməsini qeyd edib.Ombudsman Səbinə Əliyeva vətəndaş müraciətlərinə diqqətli yanaşmanın və bu xüsusda məmurların yerlərdə vətəndaşlarla görüş-qəbullar keçirtməsinin önəmini qeyd edib. İsrail dövlətinin ölkəmizdəki səfiri Corc Diklə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin görüşündə də son illər bu rayonun ictimai-siyasi,sosial-iqtisadi və mədəni həyatındakı nailiyyətlərdən ətraflı söhbət açılıb.Azərbaycanla İsrail arasındakı dostluq əlaqələrindən razılıqla bəhs olunub.Səfirin diqqətinə çatdırılıb ki, Quba 20-dən artıq icmanın, həmçinin də dağ yəhudilərinin vətənidir və onlar mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar.Hər bir yerli icmanın öz milli-mənəvi dəyərlərini qoruması və yaşatması üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.Dinindən və milliyyətindən asılı olmayaraq hər bir qubalı rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.Görüşdə İsrail dövlətinin ölkəmizdəki səfiri Corc Dik ölkəsinin iş adamlarının Qubanın turizm və kənd təsərrüfatı sahələrinə böyük maraq göstərdiyini bildirib.İcra başçısı qeyd olunan sahələrlə bağlı səfiri maraqlandıran sualları cavablandırıb.