QUBA RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA TƏDBİR KEÇİRİLİB

Quba rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanasının

birgə təşkilatçılığı ilə, Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl Mərkəzi Xəstəxanada dahi rəhbərin xatirəsini əbədiləşdirmək üçün yaradılmış guşənin açılışı olub. Quba Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Əliyar Sərvərovun moderatorluğu ilə keçən tədbir, Ulu öndər Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

{youtube}Cee_cK3ZyPY{/youtube}