Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Tüləkəran kənd inzibati ərazi dairəsinin Aşağı Tüləkəran kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş İsayev Ceyhun Rüstəm oğlunun Gültəpə kəndində yaradılmış xatirə bulağı ilə, qəbuldan sonra isə Aşağı Tüləkəran kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olub.