QUBA RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ KƏNDLƏRDƏ GÖRÜŞLƏRİ DAVAM EDİR.

 Quba rayon İcra hakimiyyəti başçısının Rustov və Şuduq kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin 2019-cu ildə gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Rustov və Şuduq kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin hesabat yığıncağında Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev,İcra hakimiyyəti aparatının məsul şəxsləri,rayonun idarə,müəssisə və təşkilat rəhbərləri,həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.İcra nümayəndələri 2019-cu ildə gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat veriblər.Açıq diskussiya şəraitində keçirilən hesabat yığıncağında icra başçısı Ziyəddin Əliyev kəndlər üzrə səlahiyyətli nümayəndələrin yerlərdə vətəndaşlarla daha sıx təmasda olmalarının, kənd əhalisinin yaşam vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətlərinin və təşəbbüskarlıqlarının artırılmasının vacibliyini vurğulayıb.Qeyd edib ki, bu gün dövlət başçımız İlham Əliyev və Respublikamızın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın yerli icra qurumları qarşısındakı əsas tələbləri əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətin genişləndirilməsidir.Quba rayonunda son dövrlər məhz bu istiqamətdəki fəaliyyətin nəticəsidir ki,yaşayış məntəqələrinin, xüsusən ucqar dağ kəndlərinin təbii qaz, elektrik enerjisi, içməli su təminatı yaxşılaşdırılır,kənd yolları təmir olunur,asvaltlanır.Çıxış edən sakinlər də Qubada son 2 ildə 16-sı modul tipli olmaqla 24 məktəb binasının tikintisini, 19 yaşayış məntəqəsinə təbii qaz çəkilişini,2500000 kv metr yola asvalt döşənməsini, aparılan tikinti-quruculuq,abadlıq işlərini, yeni parkların, istirahət mərkəzlərinin yaradılmasını dövlət başçımızın qubalılara diqqət və qayğısının təzahürü olmasından razılıqla bəhs ediblər.onu da qeydedək ki, hesabat yığıncağında vətəndaşların müraciətlərini də dinləyən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verib.