QUBA RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ 2019-CU İLİN YEKUNLARINA DAİR HESABAT YIĞINCAĞI

Qubada rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin 2019-cu ilin yekunlarına dair hesabat yığıncağından öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Sonra rayon ictimaiyyətinin 50 dəqiqəlik Quba-2019-ilin yekunları sənədli filminə baxışı olub.

Rayon İcra Hakimiyyəti başçısının təqdimatında Qubada 2019-cu il ərzində ictimai-siyasi və humanitar tədbirlər, sosial-iqtisadi nailiyyətlər,tikinti-quruculuq, yol-infrastruktur və vətəndaş məmnunluğu sahələri üzrə görülən işlərlə bağlı video hesabatı izləyicilərin marağına səbəb olub.Bu formatda ilk dəfə təqdim olunan hesabatda qeyd olunan məqsədyönlü tədbirlər,əldə olunan nailiyyətlər razılıqla qarşılanıb. Hesabat yığıncağında çıxış edən 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi Sərxan Məmmədov isə vurğuladı ki,2019-cu il üzrə vergi proqnozlarının icrası vəziyyətinə görə respublika üzrə birincilik əldə edilib. Və qeyd olunan sahədə də 3 saylı Ərazi Vergilər İdarəsi hüdudları çərçivəsində ən yaxşı göstərici Quba rayonuna məxsusdur. Çıxış edən ictimaiyyət nümayəndələri hesabat ilində Qubanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar həyatında əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər və əldə olunan uğurları dövlət başçımızın Qubaya və qubalılara diqqət və qayğısının təzahürü kimi xarakterizə ediblər. Tədbirdə Azərbaycan Respublikasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxış edərək ölkəmizdə, o cümlədən də Quba rayonunda həyata keçirilən sosial layıhələrin əhəmiyyətini vurğulayıb.Onu da qeyd edək ki, tədbir çərçivəsində dövlət başçımızın sərəncamı ilə sahibkarlıq sahəsindəki fəaliyyətinə görə 3-cü dərəcəli əmək ordeni ilə təltif edilən Poladov Mövlan Qadaş oğluna mükafatı təqdim olunub.Həmçinin xidmətdə fərqləndiklərinə görə 3 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarına Quba rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və hədiyyələr təqdim olunub.Sonda Quba rayon ictimaiyyətinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.