QUBA RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI UŞAQLARI SEVİNDİRDİ.

2019-cu il mayın 22-də Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi barədə xəbər vermişdik.Bayram ərəfəsində Cimi kəndində Dəyanət İsrafilovun ailəsinə qonaq olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şücaəti ilə hər kəsin rəğbətini qazanan məktəbli qəhrəmana yeni il hədiyyələri təqdim edib.

Dəyanət İsrafilovun şücaətini bir daha yüksək dəyərləndirən icra başçısı onun əməlinin hər bir gəncə nümunə olduğunu bildirib.Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Rusiya Federasiyası Prezidentinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi tərəfindən məktub daxil olub.Məktubda qeyd olunur ki,Moskvada Sosial Mədəni Təşəbbüslər fondu tərəfindən “İsti ürək” adlı tədbir keçiriləcək.Tədbirin əsas məqsədi təmənnasız olaraq insanların xilas edilməsində iştirak edən,çətin həyat şəraitində olan insanlara laqeyd qalmayan 23 yaşına qədər şəxsləri mükafatlandırmaq və uşaq və gənclər arasında fəal həyat tərzini, ümumi qəbul edilmiş mənəvi dəyərlərin təbliğidir.Bu məqsədlə 2020-ci ilin mart ayında Moskvada keçiriləcək 7-ci mükafatlandırma mərasiminə Dəyanət İsrafilov da dəvət edilib.Dəyanətin təhsil aldığı Cimi kənd məktəbinin kollektivi ilə keçirilən görüşdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şagird və müəllimləri Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.Şagirdlərə bayram hədiyyələri verilib.Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik olunanlar sırasında Quba rayonunun Alpan kəndində Nizami və Şəbnəm Əkbərovların ailəsində dünyaya gələn üçəm övladlar da olub.Qeyd edək ki, ailə 1 oğlan 2 qız övladının adını Heydər, Leyla və Arzu qoyub.Üçəmlərin atası,şəhid Abdulla Əkbərovun qardaşı Nizami Əkbərovun evinə baxış keçirilən zaman qəzalı və istifadəyə yararsız vəziyyətdə olduğu müəyyənləşdirilib.Qeyd olunanlar nəzərə alınaraq Əkbərovlar ailəsi üçün yeni yaşayış evinin tikintisinə qərar verilib.Ümumi yaşayış sahəsi 110 kvadratmetr, 4 otaq, mətbəx və hamamdan ibarət olan evin tikintisi artıq başa çatdırılıb.