Cəmiyyətin, şəxsiyyətin formalaşmasında,mədəniyyətin inkişafında kitab mühüm rol oynayır.Kitab oxumaqla biz gözəl danışa ,bir sözlə duyğularımızı yaxşı ifadə edə bilərik.Amma bəzi görmə məhdudiyyətli insanlar var ki onların kitab oxumalarında müəyyən çətinliklər yaranır.
Elə bu nəzərə alınaraq Quba Mərkəzləşdirilmiş kitabxana sisteminə brayl əlifbasında bir sıra nəşrlər gətirilib. Brayl əlifbası görmə məhdudiyyəti olanlar və zəif görənlərin oxuyub-yazmaları üçün nəzərdə tutulub. Həmin əlifbanı ilk dəfə 1824-cü ildə Paris Milli İnstitutunun tələbəsi Lui Brayl yaradıb. Ənənəvi altınöqtəli Brayl əlifbasına 64 simvol daxil edilib.Səkkiznöqtəli əlifbada isə 256 simvoldan istifadə olunur. Onu bir və ya hər iki əlin şəhadət barmağının köməyi ilə oxuyurlar.Brayl əlifbası ilə dəqiqədə 150 söz oxumaq mümkündür və bu, normal görmə qabiliyyəti olanların oxuma tezliyinin təxminən yarısını təşkil edir. Ölkəmizin hər yerində olduğu kimi Quba rayonunda da görmə məhdudiyyəti olan insanların kitab oxumalarını asanlaşdırmaq məqsədi ilə rayonda yerləşən Məkəzləşdirilmiş kitabxana sisteminə Brayl şrifti ilə müxtəlif yazıçıların nəşrləri gətirilib.Bundan əlavə kitabxanada audi kasetlər və CD-lər də mövcuddur ki görmə məhdudiyyəti olan insanlar müxtəlif əsərləri rahat şəkildə dinləyə bilərlər . Xatırladaq ki, ölkəmizdə Gözdən Əlillər üçün Respublika Kitabxanası 1981-ci ildən fəaliyyət göstərir. Kitabxananın fondunu Brayl kitabları, audiokassetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir.Bundan əlavə Gözdən Əlillər Cəmiyyətində yaradılan mətbəədə Brayl şrifti ilə Azərbaycan dilində kitablar çap olunur.